Kürdəmirdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı təşkil edilib
ATİAHİ Kürdəmir rayon komitəsinin təşkilatçlığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib. 

Rayonun təhsil işçilərinin qatıldığı yarışın açılış mərasimində çıxış edən Kürdəmir rayom komitəsinin sədri Cəbrayıl Cəbrayılov yarışın qaydalarından, “Heydər Əliyev İli” çərçivəsində qarşıda görüləcək digər işlərdən, həmçinin Ulu Öndərin həyat və fəaliyyətindən, dövlət quruculuğu işlərindən danışıb.

Çıxışların ardından start götürən yarış gərgin və maraqlı anları ilə diqqət çəkib. Qaliblər rayon komitəsi tərəfindən pulla mükafatlandırılıb.
WhatsApp Image 2023-04-06 at 09.40.27 (1).jpeg 72.97 KB
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo