Kürdəmirdə təhsil işçilərinin istirahətinə diqqət artırılır

ATİAHİ Kürdəmir rayon komitəsi iyulun 1-dən təhsil işçilərinin yay istirahətlərinin mənalı və səmərəli təşkilinə başlayıb.
Belə ki, iyul-avqust aylarında 400 nəfərdən çox təhsil işçisinin ölkəmizin dilbər guşələrinə (Lerik, Lənkəran, Masallı, Qəbələ, İsmayıllı, Şəki, Zaqatala, Qax, Göygöl və s.) bir günlük gəzintiləri nəzərdə tutulub. Bundan başqa, sanatoriya və istirahət evlərinə yollayışlar da verilir.
Qeyd edək ki, artıq iyulun 10-na qədər 18 ittifaq üzvü yollayışla təmin edilib.
WhatsApp Image 2023-07-11 at 11.26.47.jpeg 204.77 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo