Kürdəmirdə müharibə veteranları ilə görüş keçirilib


Kürdəmir rayonunda təhsil müəssisələrdə çalışan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. 

ATİAHİ Kürdəmir rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə komitənin sədri Cəbrayıl Cəbrayılov, müharibə iştirakçıları - Böyük Kəngərli kənd tam orta məktəbinin direktoru Qabil Xalıqov, rayon üzrə Təhsil sektorunun əməkdaşı Mehman Osmanov və başqaları iştirak ediblər. Çıxış edənlər bildirib ki, Azərbaycan xalqı işğaldakı torpaqlarımızın azad ediləcəyi günü çoxdan gözləyirdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin davam etdirdiyi bu siyasətin nəticəsində günlərin birində torpaqlarımızın azad ediləcəynə hər bir azərbaycanlı əmin idi. Artıq torpaqlarımız azaddır.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsinin hər günü müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Elə bir cəbhə olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.

Qarabağ döyüşçülərinin iştirakçıları onlara göstərilən diqqətə görə təşəkkür ediblər.
Sonda rayon komitəsi tərəfindən 32 nəfər müharibə veteranının hər birinə 100 manat pul verilib.
 
WhatsApp Image 2022-11-03 at 15.18.03.jpeg 64.75 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo