Kürdəmirdə müəllimlərin mənalı istirahəti diqqət mərkəzindədir
ATİAHİ Kürdəmir rayon komitəsi iyulun 1-dən rayon təhsil işçilərinin yay istirahətlərinin mənalı təşkilinə start verib.

Belə ki, iyul ayının sonuna kimi 300 nəfərdən çox təhsil işçisinin ölkəmizin səfalı rayonlarına (Lerik, Lənkəran, Masallı, Qəbələ, İsmayıllı, Qax, Zaqatala, Göygöl və s.) bir günlük gəzintilərinin təşkili nəzərdə tutulub. Bundan başqa, sanatoriya və istirahət evlərinə yollayışlar da verilir. Artıq iyulun 5-nə qədər 14 nəfər təhsil işçisi yollayışlarla təmin edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo