Kürdəmirdə Müəllimlər Günü qeyd olunub


Kürdəmir rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir Kürdəmir Rayon İcra Hakimiyyəti və ATİAHİ Kürdəmir rayon komitəsinin təşkilatçılığı ilə baş tutub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçisi Elxan İbrahimov, Təhsil sektorunun müdiri Rəfail Məmmədov, rayon komitəsinin sədri Cəbrayıl Cəbrayılov çıxışlar edərək Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, onların fədakar əməyindən söz açıblar.

Qeyd olunub ki, müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Vurğulanıb ki, həmişə olduğu kimi, müstəqil ölkəmizin müəllimləri xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.

Tədbirdə çıxış edən müəllimlər onların əməyinə verilən yüksək qiymətə görə, təşəkkür ediblər.

Sonda tədbirdə iştirak edən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo