Kürdəmirdə müəllimlər arasında şahmat turniri keçirilib

 
Mayın 5-də Kürdəmir rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə müəllimlər arasında şahmat turniri keçirilib.
Rayonun Şahmat məktəbində baş tutan yarış ATİAHİ Kürdəmir rayon komitəsi tərəfindən təşkil olunub.

Açılış mərasimində çıxış edən rayon komitəsinin sədri C.Cəbrayılov yarışın keçirilməsinin Ulu Öndərin irsinin təbliği məqsədini daşıdığını deyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir: “Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur”.


Ardınca yarışa start verilib. Gərgin keçən oyunlar tamaşaçılar tərəfindən də maraqla izlənilib. Qaliblərə - I, II və III yeri qazananlar rayon komitəsi tərəfindən pulla mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo