Kürdəmirdə aztəminatlı təhsil işçilərinə ərzaq yardımı göstərilib

Aprelin 27-də ATİAHİ Kürdəmir rayon komitəsi tərəfindən qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə aztəminatlı təhsil işçilərinə ərzaq yardımları paylanılıb.
Yardım göstərilən şəxslər diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür ediblər. Qeyd olunub ki, aztəminatlı ailələr və digər sosial baxımdan həssas əhali qrupları hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Həmkarlar ittifaqları da bu sahədə xeyli fəaldır. Bayramlarda, əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo