Kürdəmir rayonunda Zəfər bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib


Kürdəmir rayonunda Zəfər bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib.

ATİAHİ Kürdəmir rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 44 günlük müharibəni parlaq qələbə ilə yekunlaşdıran Ordumuzun döyüş taktikasından, əsgərlərimizin qəhrəmanlıqlarından, düşmənin rəzil durumundan və ağır məğlubiyyətindən danışılıb. Komitənin sədri Cəbrayıl Cəbrayılov əsasən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bizi qələbəyə qovuşduran müdrik siyasətindən, diplomatik bacarığından və sərkərdəlik keyfiyyətindən, ölkəmizdə şəhid ailələrinə, qazilərə olan ali münasibətdən bəhs edib.

Sonda Kürdəmir rayon komitəsi tərəfindən iştirakçılara bayram sovqatı verilib.
WhatsApp Image 2023-11-13 at 10.47.29.jpeg 45.98 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo