Kürdəmir rayon komitəsində müharibə veteranları ilə görüş keçirilib
Kürdəmir rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə I və II Qarabağ müharibəsinin iştirakçısı olan təhsil işçiləri ilə görüş keçirilib. ATİAHİ Kürdəmir rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə komitənin sədri Cəbrayıl Cəbrayılov bildirib ki, Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi: “Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən, Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu gün üçrəngli bayrağımız Şərqi Zəngəzurda və Qarabağda qürurla dalğalanır. Qələbənin əldə olunmasında təhsil işçilərinin də payı var. Onlarla müəllim döyüşlərdə iştirak etdi, şəhid oldu, qazi oldu. Biz onları heç vaxt unutmayacağıq”.

Digər çıxış edənlər təhsil işçilərinin həm arxa, həm də ön cəbhədə göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.

Sonda rayon komitəsi tərəfindən tədbirdə iştirak edən 33 müharibə iştirakçısına bayram hədiyyələri təqdim olunub.
WhatsApp Image 2022-12-28 at 15.24.56.jpeg 74.29 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo