ATİAHİ Kürdəmir rayon komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Kürdəmir rayonunda həmkarlar ittifaqı fəalı olan qadınlar üçün 8 Mart -  Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. ATİAHİ Kürdəmir rayon komitəsi və Rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunuş tədbirdə rayon komitəsinin sədri Cəbrayıl Cəbrayılov, RTŞ-nin müdiri Rəfail Məmmədov, Karrar kənd tam orta məktəbinin müəllimi Şəfəq Ağayeva və başqaları çıxış edərək ölkəmizdə qadın hüquqlarının qorunmasından, onların cəmiyyətdə yeri və rolundan, dövlətin idarə olunması prosesində iştirakından danışıblar.  

Sonda rayon komitəsi tərəfindən ittifaq üzvlərinə mükafatlar və fəxri fərmanlar təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo